Hindistanın paytaxtı Yeni Dehlidə hava limanının damı güclü yağış səbəbindən uçub.
İndex.az xəbər verir ki, yerli media həftə boyu davam edən yağışlar nəticəsində damın uçduğunu, 1 nəfərin öldüyünü, 4 nəfərin yaralandığını bildirib.
Səlahiyyətlilər bu gün Dehli hava limanının Terminal-1 (T1) hissəsinin damının güclü yağış səbəbindən bu səhər çökdüyünü açıqlayıb. Təcili yardım qrupları hadisədə yaralananlara tibbi yardım göstərildiyini qeyd etdi.
Mülki Aviasiya Nazirliyi bildirib ki, yalnız daxili reyslərin həyata keçirildiyi Terminal 1-dən bütün uçuşlar müvəqqəti olaraq dayandırılıb. “İndigo” və “Spicejet Hava Yolları” uçuşları ləğv etdiklərini bildirdilər.