AZ

İngiltərə - Slovakiya matçını türkiyəli hakim idarə edəcək

Türkiyəli hakim Halil Umut Meler AVRO-2024-ün 1/8 final mərhələsinə təyinat alıb. 

Apasport.az xəbər verir ki, o, İngiltərə - Slovakiya matçını idarə edəcək. 

Halil Umut Melerin köməkçiləri Mustafa Emre Eyisoy və Kerem Ersoy olacaq. Dördüncü hakim funksiyasını isə sloveniyalı Rade Obrenoviç yerinə yetirəcək. 

Qeyd edək ki, İngiltərə - Slovakiya oyunu 30 iyun saat 20:00-da oynanılacaq.

Seçilən
130
apasport.az

1Mənbələr