AZ

Ruslar Koreya mərmilərini 50-ci illərin topları ilə atırlar

“Defense Express”in yaydığı məlumata görə, son altı ayda rusların 1950-ci illərdə istehsal edilmiş M-46-lardan istifadə etməsinin özü də geniş müzakirələrə səbəb olub.

Putin Şimali Koreyaya niyə gedir? - Pxenyan Moskvaya 5 milyon mərmi ötürüb
Bu toplar 130 millimetrlik xüsusi kalibrinə görə Rusiya ordusu üçün bir qədər fərqli artileriya sayılır.

Analitiklər qeyd edirlər ki, 2022-ci ilin əvvəlində ruslar M-46-dan ümumiyyətlə istifadə etməyiblər. "Military Balance" 2023-cü ildə yazıb ki, keçən ilin əvvəlində Rusiya Federasiyasındakı saxlanma bazalarında yalnız 350 bu tip silah olub.

“Defence Express” həmçinin yazıb ki, Rusiya ordusu ukraynalı əsgərlərin uğurlu əməliyyatları səbəbindən xeylis ayda artilleriya itkiləri verdiyi üçün belə nadir silahlardan istifadə etmək qərarına gəlib.

Xatırladaq ki, "Bloomberg" nəşri bir müddət öncə Şimali Koreyanın Rusiyaya konteynerlər göndərməsi barədə məlumat yaymışdı. Qeyd edilir ki, konteynerlərin içərisində 5 milyon artilleriya mərmisi olub.

Tural Tağıyev

AzVision.az


Seçilən
52
1
azvision.az

2Mənbələr