Fransalı hücumçu Antuan Qrizmann Avro-2024-ün qrup mərhələsinin Polşa ilə sonuncu tur oyununda start heyətdə meydana çıxmamasına qəzəblənib.
Futbolpress.az xəbər verir ki, futbolçu baş məşqçi Didye Deşamla bu qərarına görə gərginlik yaşayıb. Bu barədə “Le Parisien” nəşri məlumat yayıb.
Deşam oyunçunun aqressiv davranışından məmnun olmayıb və onunla münasibətləri pozub. Mütəxəssis artıq Qrizmannı millinin əsas oyunçularından hesab etmir.
Fransa yığması D qrupunu ikinci sırada bitirib və 1/8 finalda Belçikaya rəqib olub.