Lahıc-Dəmirçi-Şamaxı avtomobil yolu yararsız hala düşüb.
Aramsız yağan yağışlardan sonra yolda çökmələr yaranıb. Yolda bəzi yerlərdə 50-60 santimetr dərinliyində çatlar əmələ gəlib.
Bundan əlavə, yolda yarganlar yaranıb. Yarğanların ümumi sayı 30-a yaxındır. Ən təhlükəli hal yolun Lahıc qəsəbəsinə çatan hissəsində müşahidə olunur. Ərazidə çökmənin sayı çox olduğundan təhlükəli vəziyyət yaranıb.
APA
Tarix: 28 İyun 2024, 16:06