AZ

Laçında 21 ailəyə mənzillərin açarları təqdim edilib

İyunun 28-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Laçın rayonuna çatıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, Laçın şəhərinə yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

Mərasimdə Dövlət Komitəsinin və Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin rəsmiləri iştirak ediblər. Köçürülən ailələr vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 65 nəfər köçürülüb. Bununla da Laçın şəhərində 534 ailənin, yəni 1971 nəfərin daimi məskunlaşması təmin edilib.



Seçilən
218
4
herbiand.az

10Mənbələr