Baş nazir Əli Əsədov Gürcüstana səfərə gedib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan hökuməti yayıb.
Bildirilib ki, Əli Əsədovu Tbilisi beynəlxalq hava limanında Gürcüstanın regional inkişaf və infrastruktur naziri İrakli Karseladze, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze qarşılayıb.
Bildirilib ki, hökumət başçısı sabah Tbilisi Beynəlxalq İpək Yolu Forumunda iştirak edəcək.
Qeyd edək ki, forumda Əli Əsədovla yanaşı Ermənistanın Baş naziri Nikol Paşinyanın da iştirak edəcəyi bildirilir.