Ermənistanda 44 günlük müharibənin şəraitini araşdıran istintaq komissiyasının hesabatı avqustun sonunda hazır olacaq.
Viral.az xəbər verir ki, bu barədə istintaq komissiyasının üzvü, hakim “Mülki müqavilə” fraksiyasının deputatı Qaqik Melkonyan bildirib.
O qeyd edib ki, hesabat sentyabrın əvvəlində, deputatlar məzuniyyətdən qayıdanda təqdim olunacaq.
Ətrafında razılığa gəlmək mümkün olmayan məsələlərlə bağlı ehtimala gəldikdə, Melkonyan hər şeyin yazıldığını və belə bir sualın ola bilməyəcəyini bildirib.
Xatırladaq ki, Andranik Köçəryanın rəhbərlik etdiyi komissiyanın son iclası 2023-cü il dekabrın 3-də baş tutub. Təxminən 6 aya yaxındır ki, yekun hesabat hazırlanır. Komissiyanın işində yalnız səlahiyyətli orqanlar iştirak edir. Yəni müharibədə məğlubiyyətin səbəblərini tək onlar öyrənirlər.
Parlament müxalifəti komissiyanın obyektivliyini şübhə altına alaraq işdə iştirakdan imtina edib.
Hesabat açıq və qapalı hissələrdən ibarət ola bilər. Sənəd parlament sədrinə təqdim edildikdən sonra növbəti iclasda açıq şəkildə müzakirəyə çıxarılacaq, qanunverici orqanın internet saytında dərc olunacaq. Hesabatın qapalı hissəsi isə məxfi şəkildə müzakirə olunacaq. Məxfi materiallarla tanış olmaq icazəsi olan deputatlar qapalı hissə ilə tanış ola biləcəklər.
a.social-link-anchor svg { color: white; fill: white; } a.social-link-anchor.email svg { color: #444444; fill: #444444; } a.social-link-anchor.facebook { background-color: #1778f2; } a.social-link-anchor.twitter { background-color: #1da1f2; } a.social-link-anchor.linkedin { background-color: #0d66c2; } a.social-link-anchor.pinterest { background-color: #e60122; } a.social-link-anchor.email { background-color: #f0f0f0; } a.social-link-anchor { width: 36px; height: 36px; display: flex; align-items: center; justify-content: center; border-radius: 2px; } a.social-link-anchor:hover { transform: scale(1.1); } a.social-link-anchor { transition: all 0.15s ease; } li.social-link { list-style: none; } ul.end-post-layout { display: flex; gap: 15px; flex-direction: row; flex-wrap: wrap; } ul.left-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; left: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; } ul.right-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; right: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; }