Məruzqalma şəraiti | Radiotezlik aralığı | Elektrik sahə gərginliyi Einc (Volt.m-1) | Maqnetik sahə gərginliyi Hinc (A.m-1) | Enerji selinin sıxlığı Sinc (Vt.m-2) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Sənayedə təsiri | 0.1 – 30 MHs | 660/Fm0.7 | Tətbiq olunmur | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
>30 – 400 MHs | 61 | 0.16 | 10 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
>400 – 2000 MHs | 3Fm0.5 | 0.008Fm0.5 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
>2 – 300 QHs | Tətbiq olunmur | Tətbiq olunmur | 50 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Əhaliyə təsiri | 0.1 – 30 MHs | 300/Fm0.7 | 2.2/Fm | Tətbiq olunmur | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
>30 – 400 MHs | 27.7 | 0.073 | 2 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
>400 – 2000 MHs | 1.375Fm0.5 | 0.0037Fm0.5 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
>2 – 300 QHs | Tətbiq olunmur | Tətbiq olunmur | 10 | Burada:
Fm: Tezlik (MHs) Einc: Elektrik sahə gərginliyi | Hinc: Maqnit sahə gərginliyi Sinc: Enerji selinin sıxlığı | Texnologiyanın inkişaf tendensiyaları, xüsusilə mobil rabitə sahəsində yeni nəsil texnologiyaların tətbiqi, EMS təsirinə məruzqalma ilə bağlı zaman-zaman müxtəlif suallar doğurub. Bu suallar, adətən, hər on ildən bir təqdim olunan yeni mobil rabitə texnologiyaları fonunda daha da aktuallaşır və müxtəlif çevrələrdə mübahisəli diskussiyalara səbəb olur. Hazırda tətbiqinə yeni başlanılmış 5G texnologiyasının insan sağlamlığına təsiri ilə bağlı da çox sayda müzakirələrə və konspiroloji nəzəriyyələrə rast gəlmək olar. 5G-nin istifadə etdiyi aşağı və orta tezliklər özündən əvvəlki nəsillərdə istifadə olunur və EMS təsiri baxımından heç bir fərq yaratmır. Misal üçün, orta tezlik zolaqları sayılan 3500-3700 MHs tezlikləri uzun illərdir, ölkəmizdə MMDS (Çoxkanallı, Çoxfunksiyalı Paylama Xidməti) texnologiyası ilə naqilsiz Kabel TV yayım xidməti üçün, həmçinin sabit simsiz internet xidməti olan “Wi-Max” və 4G (LTE) üçün istifadə olunur. Millimetrik tezliklər (əsasən 24 QHs-dən başlayır) isə 5G tərəfindən ilk dəfə mobil rabitə sahəsində tətbiq olunmağa başlanılsa da, uzun müddətdir ki, radio rele xətləri, peyk rabitəsi, radar kimi müxtəlif radioxidmətlər tərəfindən istifadə edilməkdədir. Bu tezliklər üzrə EMS təsirinə məruzqalma hallarının insan sağlamlığına mümkün təsirləri ilə bağlı tədqiqatlar uzun illər əvvəl başlayıb. 5G texnologiyalarda istifadə olunan radio dalğalarının təsirinə məruzqalma hallarını tənzimləyən ətraflı beynəlxalq təlimatlar mövcuddur. Məruzqalma hədləri ICNIRP kimi müstəqil elmi təşkilatlar tərəfindən müəyyən edilib və bu hədlər əhalini qorumaq üçün əhəmiyyətli təhlükəsizlik normalarını ehtiva edir. Bu təlimatlar inkişaf etmiş ölkələrdə standart və tənzimləyici qaydalar olaraq geniş şəkildə qəbul edilib və həmçinin ÜST tərəfindən təsdiq olunub. GSMA təşkilatının dərc etdiyi Elektromaqnit sahələri: Elm və Standartlar adlı hesabatda Amerika Birləşmiş Ştatlarında Mobil Telekommunikasiya Sənayesi Assosiasiyası (CTIA) və Nəzarət, Epidemiologiya və Nəticələr Proqramı (SEER) mobil cihazlardan istifadə ilə beyin xərçəngi arasında hər hansı əlaqənin olub-olmaması barədə statistik məlumatları araşdıraraq maraqlı bir nəticə əldə edib. Son bir neçə onillikdə ABŞ-də mobil telefon abunəçilərinin sayı sürətli şəkildə artıb, 1980-ci illərdə bir neçə min istifadəçidən 2019-cu ilə qədər yüz milyonlarla istifadəçiyə çatıb. Mobil cihaz istifadəsinin genişmiqyaslı artımına baxmayaraq, hər yüz min nəfərə düşən beyin xərçəngi xəstə sayı stabil tendensiya izləyib. Nəticələr xərçəng xəstəliklərinin faktiki olaraq EMS təsiri ilə bir əlaqəsinin olmadığını ortaya çıxarıb. Mobil cihaz istifadəçiləri və beyin xərçəngi xəstələri tendensiyası Ölkəmizdə EMS-nin insan sağlamlığına təsiri Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 6 fevral 2015-ci il tarixli 05 nömrəli qərarı ilə təsdiq edilmiş “Ötürücü radiotexniki obyektlərin yerləşdirilməsinə və istismarına dair sanitariya normaları və qaydaları” ilə tənzimlənir. Bu qaydalar “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmış, həvəskar və peşəkar radiorabitə, radio yayım, televiziya və radiolokasiya kimi radiotexniki obyektlərin yaratdığı EMS-nin insan sağlamlığına göstərəcəyi mənfi təsirinin qarşısının alınmasına yönəldilib. Sanitariya qaydaları Azərbaycan Respublikasının bütün ərazisində istifadə olunan 30 kHs-300 QHs tezlik diapazonunda işləyən bütün stasionar və səyyar stansiyalara şamil edilir. Ötürücü radiotexniki obyektlərin, avadanlıqların istehsalı, idxalı və istismarı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi yanında Respublika Gigiyena və Epidemioloji Mərkəzi tərəfindən avadanlığa verilmiş sanitariya-epidemioloji rəyin olduğu halda həyata keçirilir. Azərbaycan Respublikası ərazisində 30 kHs-300 MHs tezlik diapazonunda işləyən radiotexniki avadanlıqların insan sağlamlığına təsiri ilə bağlı normalar (hədlər) elektrik sahə gərginliyinin effektiv qiymətlərinə görə müəyyən edilir. Ölkə ərazisində 300 MHs-300 QHs tezlik diapazonunda işləyən radiotexniki avadanlıqların insan sağlamlığına təsiri ilə bağlı normalar isə enerji selinin sıxlığının orta qiymətlərinə görə müəyyən edilir. 30 kHs-300 QHS tezlik diapazonlu elektromaqnit sahələrin əhali üçün yol verilən səviyyələri
Tezlik diapazonu | 30-300 kHs | 0.3-3 MHs | 3-30 MHs | 30-300 MHs | 0.3-300 QHs |
Normallaşdırılan parametr | Elektrik sahənin gərginliyi, E (V/m) | Enerji selinin sıxlığı, ESS (mkVt/sm2) | |||
Yol verilən səviyyələr | 25 | 15 | 10 | 3 | 10 25* |
* – dairəvi yayım rejimində işləyən antenalardan olan şüalanma hallarında. |
Parametr | Tezlik diapazonları (MHs) | ||||
0.03-3.0 | 3.0-30.0 | 30.0-50.0 | 50.0-300.0 | 300.0-300000 | |
Yol verilən hədd EEE , (V/m)2 · saat | 20000 | 7000 | 800 | 800 | - |
Yol verilən hədd EEM , (A/m)2 · saat | 200 | - | 0,72 | - | - |
Yol verilən hədd EEESS , (mkVt/sm2) · saat | - | - | - | - | 200 |
Maksimal YVS E, V/m | 500 | 296 | 80 | 80 | - |
Maksimal YVS M, A/m | 50 | - | 3,0 | - | - |
Maksimal YVS ESS, mkVt/sm2 | - | - | - | 1000 | |
Qeyd: Cədvəldə göstərilən diapazonlar tezliyin aşağı həddini istisna edir, yuxarı həddini daxil edir. |