AZ

BMT: Qəzzada 625 min uşaq 8 aydır məktəbə gedə bilmir

Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) İsrailin hücumları altında olan Qəzzada 625 min uşağın 8 aydır təhsildən məhrum edildiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, UNRWA-nın X sosial media platformasında verilən açıqlamada İsrailin hücumları səbəbiylə təhsil ala bilməyən uşaqlarla bağlı qiymətləndirmə aparılıb.

Açıqlamada Qəzzada 625 mindən çox uşağın 8 aydan artıqdır məktəbə gedə bilmədiyi və onlardan 300 mininin keçmiş UNRWA tələbələri olduğu bildirilib. Vurğulanıb ki, UNRWA əməkdaşları tərəfindən həyata keçirilən maarifləndirici tədbirlər uşaqların məktəbə qayıtmağa hazırlanmasında mühüm əhəmiyyət kəsb edir.

Kənan Yusif 

Sitat.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
2
sitat.info

3Mənbələr