AZ

QHT sədri polis peşəsinin ağır məsuliyyətindən danışıb

“Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Polis peşəsi ağır peşədir. O, bir tərəfdən cəsarət, şəxsi mətanət, ikinci tərəfdən bilik, dərrakə, elm, təhsil, təcrübə tələb edir.” Doğrudan da ölkəmizdə ictimai təhlükəsizliyin, əmin-amanlığın və qanunçuluğun qarantı olan, yeri gələndə ölüm təhlükəsi ilə üzləşən, insanları xilas etmək üçün həyatını düşünmədən riskə atan, vəzifə borcunu yerinə yetirərkən hər bir təhlükəyə hazır olan Azərbaycan polisinin bütün bu xidmətlərinə nəzər salsaq, onun peşəsinin nə qədər ağır və məsuliyyətli olduğunu görürük”.

Bu sözləri "Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova bildirib. Onun sözlərinə görə, bütün bu çətinliklərə baxmayaraq, ölkəmizdə vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində Azərbaycan polisinin öz üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirməsi və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğrultması nəinki ölkə vətəndaşları, eyni zamanda beynəlxalq təşkilatlar və dünya dövlətləri tərəfindən də yüksək dəyərləndirilir: “Buna görə də, bu gün Azərbaycan çoxsaylı beynəlxalq tədbirlərə, forumlara, konfranslara ev sahibliyi etməklə, dünyada tolerantlıq məkanı, dözümlülük, multikulturalizm mərkəzi kimi tanınır. Təbii ki, bu uğurların arxasında çətin və şərəfli xidmət aparan bütün hüquq-mühafizə orqanları ilə yanaşı Azərbaycan polisi də dayanır”.

QHT sədri həmçinin bildirib ki, bu gün biz qanunların və insan haqlarının, bütövlükdə cəmiyyətin təhlükəsizliyinin qorunduğu ölkədə yaşadığımız üçün polislərimizə minnətdarıq və bu çətin və şərəfli yolda onlara uğurlar arzulayırıq.

Seçilən
66
qht.az

1Mənbələr