AZ

Polis əməliyyat keçirdi: 25 əcnəbi saxlanıldı

Bakıda müxtəlif ölkələrin vətəndaşı olan 25 nəfər ölkə ərazisində yaşama hüququ verən sənədləri olmadığı üçün Daxili İşlər Nazirliyinin (DİN) BPQMİ-nin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.RUBRİKA.AZ xəbər verir ki, bu barədə DİN məlumat yayıb.Bildirilib ki, araşdırma zamanı həmin əcnəbilərin pul müqabilində guya ölkəmizdən tranzit kimi istifadə olunmaqla qeyri-leqal yollarla Avropa ölkələrinə keçidinin təmin ediləcəyi vədi ilə dələduzluğa məruz qalmaları müəyyən edilib:“Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib.Qeyd edək ki, DİN-in BPQMİ-nin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 2024-cü ilin əvvəlindən keçirilən tədbirlərlə ölkə ərazisində yaşama hüququ verən sənədləri olmayan 127 əcnəbi vətəndaş müəyyən edilib və barələrində müvafiq tədbirlər görülüb”.RUBRİKA.AZ





Facebook-da paylaş

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
49
rublika.az

10Mənbələr