Azərbaycan Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək üçün ABŞ-ın dəstəyinə ümid edir
Senzor.az bildirir ki, bunu bu gün maliyyə naziri Samir Şərifov ABŞ-ın Müstəqillik Bəyannaməsinin imzalanmasının 248-ci ildönümünə həsr olunmuş tədbirdə deyib.
"Biz Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi istiqamətində Azərbaycanın səylərinə ABŞ-ın dəstəyini yüksək qiymətləndiririk. Biz qısa zamanda sülhə nail olmaq istəyimizi nümayiş etdiririk. ABŞ-ın Azərbaycanın regionda aparıcı rolunu tanıması əlaqələrimizin əhəmiyyətini artırır. Ümid edirik ki, ABŞ Azərbaycanın Qarabağı və Şərqi Zəngəzuru, bu bölgələrdə iqtisadiyyatı bərpa etmək və ölkə iqtisadiyyatına yenidən inteqrasiya etmək səylərini dəstəkləyəcək", - o bildirib.
S.Şərifov əlavə edib ki, ümumi səylər etibarlı tərəfdaşlıq münasibətlərinin formalaşmasına yönəlib.