AZ

Ermənistan NATO sammitinə dəvəti QƏBUL ETDİ 

Ermənistan NATO-nun Vaşinqtonda keçiriləcək sammitində iştirak etmək üçün dəvət alıb və onu qəbul edib. 

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ani Badalyan təsdiqləyib.

Badalyanın sözlərinə görə, dəvətdə tərəfdaş ölkələr formatında iştirak edib və NATO-nun 75 illiyinə həsr olunmuş tədbirlərə şamil edilir.

Qeyd edək ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen iyunun 28-də Bakıda keçirdiyi brifinqdə Vaşinqtonun Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin yeni görüşünü keçirməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, Ermənistan və Azərbaycan iyulun 9-11-də Vaşinqtonda keçiriləcək NATO-nun xarici işlər nazirləri səviyyəsində iclasına dəvət olunub.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
1
bizim.media

10Mənbələr