AZ

Şadlıq saraylarının qiymətləri artırmasının səbəbi nədir? - ARAŞDIRMA

Son bir ayda Bakıda şadlıq saraylarında sifarişlərin sayı 7.1 faiz artıb. Tələbin artması qiymətlərə də təsir göstərib. Belə ki, şadlıq saraylarında may ayında qiymətlər 5.3 faiz artıb.

40 manatadək olan menyularda qiymət 7.3 faiz, qiyməti 40-80 manat olan menyularda isə qiymət 4.5 faiz yüksəlib.

Dəyəri 100 manatdan çox olan menyuların qiymətində də 4.1 faiz artım qeydə alınıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 100,6 faiz, o cümlədən, qida məhsulları, içkilər və tütün məmulatları üzrə 99,2 faiz, qeyri-qida malları üzrə 101,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 102,4 faiz təşkil edib.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli son 5 ay ərzində ərzaq məhsullarının ucuzlaşması barədə fikirlə razılaşmayıb:

“Meyvə-tərəvəzdən başqa ucuzlaşan məhsul görmürəm. Quzu əti 19-20, dana əti 14-15 manatdır. Bundan başqa digər ərzaq məhsulları və spirtli içkilər də bahalaşıb. Ona görə də şadlıq evləri qiyməti qaldırıb. Bu məsələnin bir tərəfi. 

Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, Məhərrəmlik ayı yaxınlaşır. Bu ayda da toy edən demək olar ki, olmur. Ona görə də Məhərrəmlik ayı başlayana qədər çoxları planlaşdırdığı toyu etmək istəyir. Bu səbəbdən də sifarişlər çoxalır. Sifariş çoxaldıqca şadlıq evləri qiyməti qaldırır”.
 

Seçilən
181
18
hit.az

10Mənbələr