AZ

Hacıqabulda 100-ə yaxın ev təbii fəlakətin qurbanı oldu - 81 sakin təxliyə olundu

Hacıqabulda 100-ə yaxın evi su basıb.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, son günlər aramsız yağan yağılar Pirsaat su anbarında təhlükəli vəziyyət yaradıb.

Nəticədə anbar dolduğundan su bəndin üzərindən keçir.

Artıq su kanalları da məcrasından çıxıb. Rayonun Qubalıbaloğlan kəndində 100-ə yaxın ev su içində qalıb. Eyni zamanda əkin sahələri su altındadır.

Sakinlərin sözlərinə görə, son 40 ildə Pirsaat çayında belə sel görünməyib.

Hazırda təbii fəlakətin qarşısını almaq məqsədilə əraziyə FHN-nin və Rayon İcra Hakimiyyətinin müxtəlif təyinatlı texnikaları cəlb olunub.

***

FHN-nin mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, intensiv yağan yağışlar nəticəsində Pirsaat çayının Hacıqabul rayonunun Qubalıbaloğlan kəndindən keçən hissəsində sel gəlməsi səbəbindən subasmaya məruz qalmış ərazilərdə gün ərzində köməksiz vəziyyətdə qalmış 8-i uşaq olmaqla ümumilikdə 81 nəfər vətəndaş Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. 

Seçilən
94
36
qafqazinfo.az

10Mənbələr