ABŞ ordusu “Lockheed Martin” şirkətinə “Patriot” hava hücumundan müdafiə sistemləri üçün 870 raket istehsalı ilə bağlı 4,5 milyard dollarlıq müqavilə imzalayıb.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə Amerika silahlı qüvvələrinin bəyanatda deyilir.
Sənəddə qeyd edildiyi kimi, müqavilə 870 PAC-3 MSE raketlərinin və müvafiq avadanlıqların alınmasını nəzərdə tutur.
Bəyanatda iddia edilir ki, PAC-3 MSE raketləri taktiki, qanadlı, hipersəs raketləri və təyyarələr daxil olmaqla təhlükələrə qarşı dura bilər.
Müqavilə müddəti 2027-ci il 30 iyuna qədərdir.
Mənbə: AZƏRTAC