Lənkəranda qohumunu bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə APA - nın cənub bürosunun sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində şəxsi münasibətlər zəminində həmin əməli törətməkdə şübhəli bilinən Kərgəlan kənd sakini İ.Babayev saxlanılıb.
Qeyd edək ki, mübahisə şəxsi münasibətlər zəminində baş verib və tərəflər yeznə - qayındır.
Faktla bağlı araşdırma aparılır.
***
08.45
Lənkəranda bıçaqlanma hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə gecə saatlarında qeydə alınıb.
Lənkəran rayonunun Kərgəlan kənd sakini 1986-cı il təvəllüdlü Rahim Vəliəhəd oğlu İbadov ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Həkimlər ona hər iki çağrı nahiyəsinin kəsilmiş-deşilmiş yarası, alının sol payının sıyrığı diaqnozu qoyublar.
Yaralıya ilkin tibbi yardım göstərilib, vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatları dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.