AZ

Yeznə ilə qayın arasında dava qanlı bitdi

Lənkəranda qohumunu bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Kərgəlan kənd sakini İ.Babayev saxlanılıb.

Qeyd edək ki, mübahisə şəxsi zəmində baş verib və tərəflər yeznə - qayındır.

Bıçaqlanan şəxs Lənkəran rayon mərkəzi xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
108
3
axar.az

6Mənbələr