AZ

Azərbaycanın daha bir boksçusu finala yüksəldi

Azərbaycanın daha bir təmsilçisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən yeniyetmə boksçular arasında Avropa birinciliyində finala yüksəlib.
Manset.az Report.az-a istinadən xəbər verir ki, Nihat Qasımov (48 kq) yarımfinalda Filip Stanoyeviçi (Serbiya) məğlub edib. O, rəqibinə 5:0 (30:27, 30:27, 30:26, 29:27, 30:26) hesabı ilə qalib gələrək həlledici döyüşə yüksəlib. Aylin Nəzərova (48 kq) yarımfinalda italiyalı Corciya La Rosa, Əminə Tağı (52 kq) Mariya Semeniçiuçlə (Rumıniya) qarşılaşıb. Rəqiblər finala vəsiqə qazandığından boksçularımız bürünc medala sahib olublar.

Qeyd edək ki, daha öncə Səftər Məmmədzadə (+80 kq) finalda iştirak hüququ qazanıb. Həlledici döyüşlər iyunun 30-da baş tutacaq.

Seçilən
188
34
manset.az

10Mənbələr