AZ

DƏHŞƏTLİ KADRLAR: İdman müəlliminin cinayəti KAMERALARA DÜŞDÜ - VİDEO

Cəlilabadda məhkumluqdan yenicə azadlığa çıxan şəxs yolun kənarında bıçaqlanıb.

Referans.az xəbər verir ki, hadisə Cəlilabadda dünən gecə saatlarında lentə  alınıb. Azadlığa yenicə çıxan şəxs ürəyindən bıçaqlanıb.

Rayonun mərkəzi hissəsində yerləşən aptekdən dərman alaraq çıxan şəxs - 1977-ci il təvəllüdlü  Mirxəqani  Əhmədov elə yolun kənarında ürək nayihəsindən bıçaqlanıb.

O, ətrafdakıların köməkliyi ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Baş verən qətl hadisəsinin bəzi təfərrüatları da məlum olub. Öldürülən Mirxəqani Əhmədov 6 il məhkumluq həyatı yaşayb və yenicə azadlığa çıxıb.

İddia olunur ki, hadisə qisas zəminində baş verib.  Hadisə ilə bağlı hüquq - mühafizə orqanları tərəfindən araşdırma aparılir

Daha ətraflı videomaterialı təqdim edirik:  


Seçilən
662
6
oxu.az

6Mənbələr