AZ

KomandaAvropa çempionatı: Azərbaycanın iki cüdoçusu qələbə qazanıb, üçü məğlub olub - YENİLƏNİB

Azərbaycanın yeniyetmə cüdoçuları Bolqarıstanda təşkil olunan Avropa çempionatının üçüncü günündə növbəti görüşlərini keçiriblər. "Report"un Sofiyaya ezam olunan əməkdaşının məlumatına görə, Əli Qazımənmədov (81 kq) ardıcıl iki qarşılaşmada qələbə qazanıb.

Sübhan Axundov (+90 kq) isə ilk dueldən qalib ayrılıb.

Mələk Bayramlı (70 kq), Mehdi Abbasov (81 kq) və Hüseyn Eyvazlı (90 kq) məğlubiyyətlə üzləşiblər.

Qeyd edək ki, turnir iyunun 30-da komanda yarışı ilə başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Bahadır Feyzullayev qızıl, Məhəmmədəli Hüsiyev (hər ikisi 50 kq) və Cəsur İbadlı (73 kq) bürünc medal qazanıblar.

12:55

Azərbaycanın yeniyetmə cüdoçuları Bolqarıstanda keçirilən Avropa çempionatının üçüncü günündə mübarizəyə başlayıblar.

"Report"un Sofiyaya ezam olunan əməkdaşının məlumatına görə, Mehdi Abbasov, Əli Qazımənmədov (hər ikisi 81) və Hüseyn Eyvazlı (90 kq) ilk görüşlərini qələbə ilə başa vurublar.

Bu gün həmçinin Mələk Bayramlı (70 kq) və Sübhan Axundov (+90 kq) tatamiyə çıxacaqlar.

Qeyd edək ki, turnir iyunun 30-da komanda yarışı ilə başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Bahadır Feyzullayev qızıl, Məhəmmədəli Hüsiyev (hər ikisi 50 kq) və Cəsur İbadlı (73 kq) bürünc medal qazanıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
7
far.az

10Mənbələr