AZ

Floridada bir ailə NASA-nı MƏHKƏMƏYƏ VERDİ - Təzminat tələb edir

Bu ilin mart ayında ABŞ-ın Florida ştatında bir evin damına kosmik tullantı parçası düşüb.

Musavat.com "Gizmodo"ya istinadən xəbər verir ki, ev sahibi NASA-ya qarşı iddia qaldıraraq, 80 min dollar təzminat tələb edib.

Araşdırma zamanı məlum olub ki, təxminən bir kiloqram ağırlığında olan parça 2021-ci ildə Beynəlxalq Kosmik Stansiyadan atılan batareyanın bir hissəsidir.

Ekspertlərin fikrincə, əslində kosmik tullantı atmosferdə yanmalıymış, lakin bu baş verməyib.

Onlar xəbərdarlıq ediblər ki, belə hallar getdikcə daha tez-tez baş verəcək, çünki orbitə çıxarılan peyklərin sayı artır və köhnə qurğular kosmosda qalaraq tullantılar əmələ gətirir.

Musavat.com

Seçilən
129
1
musavat.com

2Mənbələr