AZ

"Demokratiyanı Öyrənmə" İctimai Birliyi müharibə iştirakçıları ilə növbəti tədbirlərini keçirib - FOTOLAR

“Demokratiyanı Öyrənmə” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qarabağ müharibəsi iştirakçılarının hüquqi müdafiəsinin yaxşılaşdırılması” layihəsi çərçivəsində növbəti təlimlərini keçirib.

QHT.az xəbər verir ki, 24, 25 və 27 iyun tarixlərində Kürdəmir, Ucar və Göyçay rayonlarında təşkil olunan təlimlərdə iştirakçılar qanunvericiliklə müəyyən edlmiş hüquqları, imtiyazları və güzəştləri haqqında təlimləndirilmiş və sualları cavablandırılmışdır.

İştirakçılar həmçinin hüquqi yardım xidmətindən də faydalanmaq imkanına malik olublar. Layihə hüquqşünası hüquqi yardıma ehtiyacı olan şəxslərlə ayrıca görüşlər keçirmiş, onlara məsləhətlər vermiş, müvafiq dövlət hakimiyyət orqanlarına ərizə və şikayətlərin hazırlanması üçün zəruri olan məlumatları və sənədlərigötürmüşdür.

Qarşıdakı aylarda bu şəxslərə hüquqi yardım xidməti davam etdiriləcəkdir.

Açıklama

Açıklama

Açıklama

Açıklama

Açıklama

Açıklama

Açıklama

Açıklama

Seçilən
40
3
turkustan.az

4Mənbələr