ABŞ İsrailin xarici işlər naziri İsrael Katsa NATO-nun qarşıdan gələn sammitində iştirak etmək üçün dəvət göndərib.
News24.az Publika.az-a istinadla xəbər verir ki, bu məlumat İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
“İsrailin xarici işlər naziri Katz dövlət katibi Antoni Blinkendən NATO sammitində iştirak etmək üçün dəvət alıb”, - məlumatda deyilir.
Qeyd edək ki, alyansın növbəti sammiti iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək. Görüş NATO-nun yaradılmasının 75-ci ildönümünə təsadüf edəcək.