Biz ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu parlament seçkiləri ilə əlqadər dəvət edəcəyik. Səhv etmirəmsə, onlar yay dövründə uzunmüddətli müşahidə keçirmirlər.
E-huquq.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu qısamüddətli müşahidə keçirəcəklər: “Amma biz istərdik ki, uzunmüddətli müşahidə keçirsinlər. Biz çox məmnuniyyətlə onları burada qarşılamağa hazırıq”.