AZ

Dövlət Vergi Xidməti ötən ay olan müraciətlərin hesabatını açıqladı

Bakı. Trend:

Cari ilin may ayı ərzində ümumilikdə vergi orqanlarına 32 min285 müraciət daxil olub ki, bunun da 95,9 faizi ərizə, 4 faizişikayət, 0,1 faizi təklif olub.

Trend Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, daxilolmuş müraciətlərdən 57,3 faizinin baxılması hesabat ayı ərzindəbaşa çatdırılıb, 42,7 faizi isə hazırda icradadır.

Baxılmış müraciətlərdən 74,8 faizi həll olunub, 23,8 faizibarədə müvafiq izahat verilib, qalanları ilə bağlı qanuna müvafiqqərarlar qəbul edilib.

Ay ərzində daxil olmuş şikayətlərin faktiki sayı ötən ilinmüvafiq dövrü ilə müqayisədə 33,8 faiz azalaraq 1007 olub. Həlledilmiş şikayətlərin 68 faizi kameral vergi yoxlaması, 6,4 faizivergi borcu, 5,6 faizi şəxsi hesab vərəqələri, 4 faizivergiödəyicisinin qeydiyyatı, 3,2 faizi vergi orqanlarının vəzifəlişəxslərinin hərəkəti (hərəkətsizliyi), 1,6 faizi maliyyəsanksiyasının silinməsi, 1,6 faizi operativ vergi nəzarətitədbirləri, 9,6 faizi isə digər məsələlər ilə bağlı olub.

Hesabat dövründə Dövlət Vergi Xidmətinin aparatında müvafiqvəzifəli şəxslər tərəfindən ümumilikdə 53, o cümlədən şəhid ailəsivə müharibə iştirakçısı olan 4 vətəndaşın qəbulu təşkil edilib.Qəbul zamanı hər bir müraciətə fərdi qaydada yanaşılıb, qanunitələblərin müsbət həlli üçün lazımi tədbirlər görülüb, həlli imkanxaricində olan məsələlərlə bağlı qanuna müvafiq izahatlarverilib.

Seçilən
107
4
az.trend.az

5Mənbələr