Daşkəsəndə dağ uçqunu olub.
"Unikal" xəbər verir ki, hHadisə Gəncə-Daşkəsən yolunun 17-ci kilometrliyində rayonum Bayan kəndinin yaxınlığında baş verib.
Güclü yağışdan sonra dağ uçqunu nəticəsində yolun hərəkət hissəsinə qayalar və torpaq axıb.
Nəticədə magistral yol qismən bağlanıb.
Dərhal əraziyə AAYDA-nın əməkdaşları cəlb olunub, qısa zamanda yol açılıb.
Tural Əhmədov