AZ

Montella yenidən ATƏT PA-nın baş katibi SEÇİLDİ

Roberto Montella yenidən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (ATƏT PA) baş katibi vəzifəsinə seçilib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ATƏT PA-nın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Montellanın yeni mandatı 2026-cı il yanvarın 1-dən başlayacaq və 2030-cu il dekabrın 31-dək davam edəcək.

O, Assambleyanın işlərinin idarə edilməsi, katibliyin fəaliyyət effektivliyinin təminatı və onun Kopenhagen və Vyanadakı ofislərinə nəzarət, həmçinin büronun, daimi komitənin və assambleyanın qərarlarının yerinə yetirilməsi üzrə ümumi məsuliyyət daşıyır.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
25
bizim.media

10Mənbələr