AZ

İsmayıllının kəndində təhlükə: Sakinlər köçürülür - FOTO

İntensiv yağışlar nəticəsində torpaq sürüşməsinin baş verdiyi və təhlükəli vəziyyətin yarandığı nəzərə alınaraq, İsmayıllı rayonu, Qoydan kəndində təhlükə altında olan evlərin sakinlərinin köçürülməsi ilə bağlı aidiyyəti üzrə qərar qəbul edilib.

FHN-in mətbuat xidmətindən Bakupost.az -a verilən məlumata görə, bunu nəzərə alaraq Nazirlik tərəfindən həmin sakinlərin köçürülməsi işlərinə başlanılıb.

Bu məqsədlə əraziyə cəlb olunan FHN-in Mülki müdafiə qoşunlarının qüvvələri tərəfindən sakinlərin və onların əmlaklarının təhlükəsiz əraziyə köçürülməsi işləri həyata keçirilir.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
27
bakupost.az

10Mənbələr