AZ

HadisəBakı-Qazax yolunda 55 yaşlı qadını avtomobil vurub

Bakı-Qazax magistral yolunun Goranboy rayon Dəliməmmədli şəhər ərazisindən keçən hissəsində piyadanın xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Far.Az”un Qərb bürosunun məlumatına görə, hərəkətdə olan “Toyota Prado” markalı avtomobilin vurduğu 55 yaşlı M.Məmmədova xəstəxanaya çatdırılıb.

Onun vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
95
3
far.az

4Mənbələr