Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.
APA xəbər verir ki, hadisə 8 noyabr küçəsində qeydə alınıb.
Belə ki, 1982-ci il təvəllüdlü Nicat Natiq oğlu Bahadurzadə yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub.
Yaralı komatoz vəziyyətində Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.