AZ

Bu gün 2500-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 30-da dövlət qulluğundainzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid BA vəBB qruplarına uyğun vəzifələr üzrə qəbul imtahanı keçirir.

DİM-dən Trend-əbildirilib ki, imtahan vermək üçün BA qrupu üzrə 437, BB qrupu üzrə2120 olmaqla ümumilikdə 2557 namizəd qeydiyyatdan keçib. İmtahanınkeçirilməsi üçün 9 ümumi imtahan rəhbəri, 26 imtahan rəhbəri, 221nəzarətçi və 36 buraxılış rejimi əməkdaşı ayrılıb. İmtahan kağızdaşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 9 binadatəşkil edilir. İmtahan saat 10:00-da başlanacaq və 3 saat davamedəcək. Saat 09:45-dən sonra gələn namizədlər imtahanaburaxılmayacaqlar.

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlməklazımdır. İmtahan binasına mobil telefon və digər rabitəvasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumatdaşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası,lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirməkqadağandır. DİM iştirakçılardan imtahan binasına əlavə əşyalarıgətirməməyi xahiş edir.

Namizədlər imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədinəslini və imtahana buraxılış vərəqəsini özləri iləgətirməlidirlər.

Seçilən
128
49
az.trend.az

10Mənbələr