AZ

HadisəAstarada namus üstündə qətlin TƏFƏRRÜATI

SİZİN REKLAM BURADA!055 213 76 73

Astarada baş verən güllələnmə hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Hadisəni törətməkdə şübhəli bilinən Bəşir İsrafilovun qardaşı Fazil İsrafilov APA-ya bildirib ki, qardaşı və həmkəndliləri Namik Əhədov arasında yaranan mübahisə namus üstündə baş verib.

Belə ki, təqribən 7 ay bundan əvvəl Namik Əhədov, Bəşir İsrafilovun xanımına qarşı əxlaqsız hərəkətlər edib və bunu videoya çəkərək Bəşirə göstərib. Bu hal bir neçə dəfə təkrarlanıb. Bəşir, Namikin onun xanımına etdiyi hərəkətlərə görə polisə də müraciət edib.

Sonra Bəşir yoldaşından ayrılıb, başqası ilə ailə həyatı qurub. Bir neçə gün bundan əvvəl yenə də onların arasında mübahisə yaranıb. Buna dözməyən Bəşir, atalarından yadigar qalan ov tüfəngini götürüb Namiki qətlə yetirib, sonra da həmin ov tüfəngi ilə üz nahiyəsinə atəş açaraq, özünü də öldürmək istəyib.

Hazırda faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Far.Az

Seçilən
131
8
far.az

10Mənbələr