Serbiyanın Novi Sad şəhərində keçirilən U-17 Avropa çempionatında Azərbaycanın sərbəst güləşçisi qızıl medal qazanıb.
İsa Yusibov (65 kq) finalda rusiyalı Yasin Bersanukayevlə gərgin görüş keçirib.
Gəncə güləş məktəbinin yetirməsi 3:1 hesablı qələbə ilə Avropa çempionu olub.
Bundan başqa Hacıhüseyn Əhmədzadə (48 kq) və Hüseyn Hüseynov (55 kq) bürünc, Muxamad Qantemirov (110 kq) gümüş medala sahib çıxıb.
www.anews.az