AZ

Bir gecədə 36 Ukrayna PUA-sı məhv edildi

Rusiya hava hücumundan müdafiə qüvvələri bir gecədə Ukrayna Silahlı Qüvvələrinə məxsus 36 pilotsuz uçuş aparatını (PUA) vurub.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

\"Növbətçi hava hücumundan müdafiə sistemləri Kursk ərazisi üzərində 15, Lipetsk ərazisi üzərində 9, Voronej və Bryansk ərazilərinin hər birində 4, Oryol və Belqorod vilayətlərinin ərazilərinin hər birində isə 2 PUA-nı məhv edib”, - məlumatda qeyd olunub.

  
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
11
azxeber.com

10Mənbələr