Gəncədə qətl törədən şəxs intihar edib.
Referans.az xəbər verir ki, iyunun 26-da Gəncə şəhəri ərazisində 1979-cu il təvəllüdlü İlhamə Hüseynovanı qətlə yetirən Mahir Quliyev bu gün özünü müalicə aldığı xəstəxananın 3-cü mərtəbəsindəki palatasının pəncərəsindən ataraq intihar edib.
Qeyd edək ki, 1959-cu il təvəllüdlü Mahir Quliyev İlhamə Hüseynovanı bıçaqla qətlə yetirmiş, 1999-cu il təvəllüdlü Akif Ağalarova isə xəsarət yetirmişdi. Daha sonra isə özünü bıçaqlamışdı.
M.Quliyevin qısqanclıq zəminində bu hadisəni törətdiyi bildirilirdi. O, özünə xəsarət yetirəndən sonra xəstəxanaya yerləşdirilmişdi.
(Trend)
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta