AZ

Bloger Hüseynin evi və maşınları əlindən alınacaq - FOTOLAR

Rusiya Federal Vergi Xidməti (FTX) bloger Hüseyn Həsənovun avtomobillərini və mənzillərini məhkəmə yolu ilə müsadirə etmək niyyətindədir.

"Unikal" xəbər verir ki, bu barədə "Shot" Teleqram kanalı məlumat yayıb. 

Müsadirə blogerin ödəmədiyi vergi borclarına görə həyata keçiriləcək.

Moskva Arbitraj Məhkəməsi Federal Vergi Xidmətinin tələbi ilə Həsənova qarşı icraata başlayıb.

Blogerin "Moskva-Siti"də 124 kvadratmetr sahəsi olan 150 milyon rublluq mənzili, dəyəri 50 və 11 milyon rubla qədər olan 2020-ci il model "Rolls-Royce Cullinan" və 2022-ci il model "Chevrolet Tahoe" markalı iki avtomobili əlindən alına bilər.

Bundan əvvəl vergi orqanları H.Həsənovun dörd bankdakı hesablarını bloklayıb. Onun Federal Vergi Xidmətinə 144 milyon rubl məbləğində borcu yığılıb. Hazırda bloger Rusiyada deyil. 

Seçilən
115
50
unikal.az

10Mənbələr