İyunun 28-də ADR Gənclər komitəsinin üzvü Pərvin Çobanov 20 sutka inzibati həbsə məhkum edib. O polisin qanuni tələbinə tabe olmamaqda günahlandırılıb.
Bu barədə Turana ADR İdarə Heyətinin üzvü Ədalət Yusub bildirib.
Onun szölərinə görə, fəalın həbsi sosial şəbəkələrdə tənqidi çıxışları ilə bağlıldır.
O ölkədə baş verən qanunsuzluqlar barədə videoları Tik-Tok səhifəsinə yerləşdirirdi. Bir milyondan çox izləyicisi var id. Onun həbsinin səbəbi Tik-Tok-da faəllığıdır. Hazırda Pərvinin Tik-Tok səhifəsi bloklanıb”, o qeyd edib.
Bununla yanaşı, ADR fəalın hansı məhkəmə tərəfindən həbsə məhkum edildiyi barədə məlumatlı deyil.
Öz növbəsində Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Turanın sorğusuna hələ cavab verməyib.