AZ

Ukraynalı futbolçu "Qarabağ"a keçidinə münasibət bildirib

"Şaxtyor"un yarımmüdafiəçisi Aleksey Kaşuk "Qarabağ"la müqavilə imzalayacağı ilə bağlı yayılmış xəbərlərə münasibət bildirib. Sport24.az "TaToTake" portalına istinadən xəbər verir ki, futbolçu Ağdam klubundan təklif almadığını söyləyib:
 
"Görürəm ki, bizim media bu xəbəri yekdilliklə qəbul edib və paylaşırlar. Amma internetdə yazılanların hamısına inanmaq lazım deyil. Təbii ki, "Qarabağ"la müqavilə bağlamamışam və bunu etmək niyyətində deyiləm. Hazırda Kiyevdə fərdi proqram üzrə mövsümə hazırlaşıram və eyni zamanda klublardan gələn təklifləri nəzərdən keçirirəm".
 
Qeyd edək ki, Kaşuk 2022/2023 mövsümündə də "Sabah"da icarə əsasında oynayıb. 24 yaşlı futbolçunun "Şaxtyor"la müqavilə müddəti bu gün başa çatacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
4
sport24.az

5Mənbələr