Roza Zərgərli toyunu oxumaq üçün getdiyi məclisdə maraqlı bir hadisənin şahidi olub.
İfaçı bildirib ki, toydan öncə behi alınsa da, restorana daxil olanda həmin şəxsin İkinci Qarabağ müharibəsinin iştirakçısı - qazi olduğunu görüb:
"Beh götürülüb, bilməmişik kimdir. Getmişik ki, oğlan bəylik kostyumunda sinəsi ordenlə doludur. Həmin vaxt onun behini də qaytarmışıq, toyunu da təmənnasız oxuyub çıxmışam". (titul.az)