AZ

Türkiyənin Antalyada bölgəsində meşə yanğını baş verib - FOTO

Türkiyənin Antalya bölgəsində Kundu turizm kurortunda meşə yanğını baş verib.

APA TRT Haberə- istinadən xəbər verir ki, bölgəyə sövq edilən qruplar yanğına havadan və qurudan müdaxilə edir.

Tüstünün qalxdığını görənlər 112 Təcili Zəng Mərkəzinə məlumat veriblər.

Xəbər üzərinə çox sayda xilasetmə briqadası, Meşə Region Müdirliyinə aid su maşını və təyyarələr bölgəyə sövq edilib. Qısa müddətdə əraziyə gələn qruplar yanğına müdaxilə edib.

Yaşayış məntəqələrinə yaxın ərazidə baş verən yanğının söndürülməsinə vətəndaşlar da dəstək verib.

Yanğına havadan və qurudan müdaxilə davam edir.

Türkiyənin
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
6
apa.az

9Mənbələr