AZ

Kiberdələduzların yeni oyunu: “100 manat ver, 700 manat apar”

Sosial şəbəkədə vətəndaşlara ödəyəcəyi kiçik vəsait qarşılığında yüksək məbləğdə pul vəd edən dələduzların sayı artmaqdadır.

Vətəndaşın əldə etdiyi ödənişi geri istəməyəcəklərini iddia edən şəxslər bunun lotereya oyunu olmadığını bildirir, digər tərəfdən isə vəsaitləri uduş vasitəsilə qazanacaqlarını deyirlər.

Eyni zamanda, üzbəüz görüşdən, qazancın mənbəyini göstərməkdən imtina edirlər.

Bank məsələləri üzrə ekspertlər bildirirlər ki, lotereya təşkilatının təmsilçiləri kimi fəaliyyət göstərən bu şəxslərə etimad etmək təhlükəlidir.

Vəkil Mircavid Miriyev bildirib ki, bir çox insan bu cür kiberdələduzların qurbanına çevrilib. Amma onları tanımağın asan üsulları var:

“Həmin səhifələrdə adətən ünvan, əlaqə nömrələri göstərilmir, yaxud da saxta olur. Həmçinin vətəndaşla görüşməkdən çox vaxt imtina edilir”.

Vəkil lisenziyasız, bank olmayan kredit təşkilatı kimi fəaliyyət göstərənləri cəza gözlədiyini də bildirib.

Qeyd edək ki, sosial şəbəkələr vasitəsilə insanları tora salmağa çalışan dələduzlar inam qazanmaq üçün vətəndaşa başqasının şəkillərini və şəxsiyyət vəsiqələrini də yollayaraq, bu sənədlərin özlərinə aid olduğunu iddia etməkdən də çəkinmirlər.

Daha ətraflı Baku TV-nin materialında:


Seçilən
90
11
news365.az

10Mənbələr