AZ

Sosial şəbəkədə yayılan xəbərlər doğru çıxdı - RƏSMİ

Yasamal rayonu, Murtuza Muxtarov küçəsi 145 ünvanında ağacların kəsilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən Milli.Az-a verilən məlumat görə, xidmət rəsmisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı sözügedən ünvanda, yaşayış binalarının tikintisi məqsədilə "İbrahim-Q" MTK-ya ayrılmış ərazidə 3 ağacın və bir neçə kolun kəsildiyi müəyyən edilib.

Faktla bağlı akt tərtib olunub.

"Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
96
7
milli.az

10Mənbələr