Gəncədə “NİVA” markalı avtomobil 2 yeniyetməni vurub.
KONKRET.az xəbər verir ki, hadisə şəhərin Avtozavod qəsəbəsində baş verib.
Hərəkətdə olan “NİVA” markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən 13 yaşlı Əli Məmmədlini və 15 yaşlı İsmayıl Məmmədovu vurub.
Yeniyetmələr xəstəxanaya yerləşdirilib,onlardan Ə.Məmmədlinin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.