Ukrayna 1000 km-dən çox uçuş məsafəsi olan hücum pilotsuz təyyarələrinin kütləvi istehsalına başlayıb.
QAZÌLER.AZ Axar.az-a istinaden xəbər verir ki, bu barədə “Ukroboronprom”un baş direktoru German Smetanin məlumat verib.
“Biz kifayət qədər qısa müddət ərzində öz uzaqmənzilli hücum pilotsuz təyyarələrimizi hazırlayaraq, kütləvi istehsala başladıq”, - Smetanin qeyd edib.
O bildirib ki, Rusiyanın nəhəng resursları və çox güclü sənayesi var, ona görə də onun yanaşmasını kor-koranə təkrarlamağın mənası yoxdur:
“Biz daha çevik və ixtiraçı olmaq məcburiyyətindəyik. Belə olan halda müharibədə dönüş yaratmaq mümkündür”.