AZ

Onların ABŞ-yə getməsinə QADAĞA QOYULUB

“Sonuncu dəfə ABŞ-də olandan sonra problem yaşadım. Hətta Bakıya gələndə dəvət edib, izahat aldılar. Dedi ki, turist vizası ilə gedirsən və orada konsertə qatılırsan. İzah edə bilmədim ki, ölkəmdə tanınmış adamam, dəvət aldım və getdim. Vaxtilə Xalq artisti Mələkxanım Eyubovaya ABŞ-yə gedəndə deyiblər ki, oturduğun masadan durma. Videoya düşsən, olmaz”.

Medianews.az axşam.az-a istinadən bildirir ki, bu sözləri prodüser-aparıcı Tarix Əliyev “Xəbərin var?” proqramında deyib. O, ABŞ-yə getmə qadağası alan məşhurların adını açıqlayıb:

“Damlanın ABŞ vizasına səfirlik 1 il qadağa qoyub. Oğlu orada təhsil alır, gedib onun yanına və orada konsert dəvəti alıb. Xəbər tutublar və buna görə onun turist vizasına getməmiş imtina qoydular. Xalq artisti Gülyanaq Məmmədova da ABŞ-yə getmişdi, orada konsertdə çıxış etdi. Gələn kimi vizasına qadağa qoydular. Dostumuz Günay İbrahimlinin də vizasına qadağa qoyulub”.

Seçilən
67
22
medianews.az

10Mənbələr