Belarus Müdafiə Nazirliyi Ukrayna sərhədində gərginliyin artdığını açıqlayıb.
Elchi.az xəbər verir ki, Belarus Baş Qərargah rəisi Pavel Muraveyko da Ukraynanın Belarus sərhədinə xüsusi təyinatlılar yerləşdirdiyini bildirib.
Muraveyko, “Son həftələrdə sərhədlərimiz yaxınlığında Ukraynadan indiyə qədər əsassız və hələ də bizim üçün anlaşılmaz olan fəaliyyətləri müşahidə edirik. Biz qoşunlarımızı hazırlamalıyıq. “Biz istəmirik ki, cənub qonşumuz kiminsə göstərişinə uyub belarusların dişlərini sınamağa çalışsın”. deyib.
Belarus Müdafiə Nazirliyinin rəsmiləri Ukraynanın Belarus sərhədlərinə əsgər, silah və hərbi texnika daşıdığını iddia edib. Minsk tərəfi iddia edib ki, “Amerika piyadalarının döyüş maşınları, reaktiv yaylım atəşi sistemləri, ağır uzaqmənzilli artilleriya və digər texnika Ukraynanın Jidtomir vilayətində yerləşdirilib”.
Müdafiə Nazirliyi iddia edir ki, bu hadisələr Ukraynadan təxribatçıların Belarus ərazisinə sızmasına hazırlıq demək ola bilər.Şayəstə Hüseynova
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta