Nazirlik: "Türk əsgərləri qəhrəmancasına və fədakarcasına döyüşməyə davam edir"
Suriyanın şimalında Fərat Qalxanı və Sülh çeşməsi bölgələrində və İraqın şimalında Pençe-Kilit əməliyyatı bölgəsində 7 terrorçu zərərsizləşdirilib.
AYNA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin sosial media hesabından edilən açıqlamada belə bildirilir:
"Türk əsgərləri qəhrəmancasına və fədakarcasına döyüşməyə davam edir. Qəhrəman Türk Silahlı Qüvvələrimiz, Suriyanın şimalında Fərat Qalxanı və “Sülh bulağı” bölgələrində müəyyən etdiyi 3 PKK/YPG terrorçusunu, “Pəncəli kilid” əməliyyatı bölgəsində isə 4 PKK terrorçusunu zərərsizləşdirib”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta