Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimalında antiterror əməliyyatı nəticəsində 15 terrorçu öldürülüb.
Paralel.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İraqın şimalındakı Gara və "Pençe Kilit" bölgəsində təsbit edilən PKK terror qruplaşmasının 5 silahlısı, Suriyanın şimalında "Fırat Kalkanı" və "Barış pınar"ı bölgələrində yerləri müəyyənləşdirilən PKK/YPG terror qruplaşmasının 10 silahlısı öldürülüb.